Müsəlmanlar

Rizvan nə deməkdir?

Sual: Məlumdur ki, Rizvan sözü ölkəmizdə kişi adı kimi işlədilir. Bu sözün mənası nədir? Quranda belə söz var? Uşağa Rizvan adı qoymaq nə dərəcədə düzgündür?

Cavab: Rizvan sözü Ərəb dilində razı olmaq, razılıq, məmnuniyyət hiss etmək kimi mənalar daşıyır. Bu sözün ziddi səxat sözüdür. Bunu aşağıdakı Quran ayəsindən öyrənirik:

أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللَّهِ كَمَنْ بَاءَ بِسَخَطٍ مِنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمَصِيرُ

“Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir!” (Ali-İmran, 3/162)

Qeyd edək ki, Cənnətdəki mələklərin üstündə duran mələyə Rizvan deyilir.

Əlavə olaraq, rizvan sözü dini ədəbiyyatda bir termin kimi də işlədilir. Belə ki, Hudeybiyyədə həzrəti Muhəmmədə beyət edən müsəlmanlar (təqribən 1400 nəfər) ona olan sədaqətlərini ortaya qoyublar və bu əhd və beyət rizvan beyəti kimi bilinir. Həmin beyətin baş verdiyi yerdəki ağaca da şəcəreyi-rizvan deyilir.

Oğlan uşaqlarına Rizvan adı qoymaq olar. Bunda dini cəhətdən heç bir eyib və qadağa yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.