Müsəlmanlar
Amənərrəsulu

Amənərrəsulu

Sual: Amənərrəsulu nə deməkdir? Oxuduğum dini kitablarda deyilir ki, filankəs amənərrəsulunu oxudu. Xahiş edirəm, bunu izah edin.

Cavab: Dini ədəbiyyatda “amənərrəsulu” ifadəsi ilə Quranın Bəqərə surəsinin axırıncı 2 ayəsi nəzərdə tutulur. Həmin ayələrin Ərəbcə mətni və Azərbaycan dilinə tərcüməsi aşağıdakı kimidir:

آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ ۚ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ ۚ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا ۖ غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ

لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا ۚ لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ ۗ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا ۚ رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا ۚ رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ ۖ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا ۚ أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

“Bu elçi Rəbbi tərəfindən ona nazil edilənə inanmışdır. Möminlər də iman gətirmişlər. Onların hər biri Allaha, onun mələklərinə, kitablarına və peyğəmbərlərinə inanmışdır və onlar: “Biz Onun elçiləri arasında fərq qoymuruq. Eşitdik və boyun əydik [itaət etdik]! Bağışla bizi ey Rəbbimiz! Biz yenə sənin dərgahına qayıdacağıq!”, – deyirlər.

Allah heç kimə gücünün çatdığından artıq yük yükləmir. Şəxsin [insanın] bəzi qazancı [əməli] onun lehinədir. Bəzisi də əleyhinədir. “Ey Rəbbimiz! Əgər unutsaq və ya xəta etsək, bizi sorğu-suala tutma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə ağır yük yüklədiyin kimi, bizə də yükləmə. Ey Rəbbimiz, gücümüzün çatmadığı yükü bizə daşıtma! Bizi bağışla! Bizə mərhəmət et! Bizə rəhm et! Sən bizim vəlimizsən! O kafirlər dəstəsinə qarşı bizə kömək et!”

285-ci ayə “amənə-r-rəsulu” cümləsi ilə başlayır və bu, tərcümədən də başa düşüldüyü kimi, “elçi iman gətirdi, inandı” deməkdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.