Sual: Nədamət nə deməkdir? Quranda belə bir söz var? Bəs hədislərdə?
Cavab: Nədamət İslam əxlaq elmində işlədilən bir termindir. İnsanın etdiyi bir pislik, günah və səhvə görə peşmanlıq hiss etməyini ifadə edir.
Nədamət sözü Quranda 2 yerdə var: Yunus surəsinin 54-cü və Səbə surəsinin 33-cü ayələrində. Həmin ayələrdə bu söz zalımların əzabı gördükdən sonra peşman olacaqlarını bildirir.
Əlavə olaraq, Quranda nədamət sözü ilə eyni kökdən yaranmış nadimin (peşman olanlar) sözü də var.
Nədamət sözü həzrəti Muhəmməd peyğəmbərin (s. a. v.) hədislərində də işlədilib. Bunlardan bəziləri aşağıdakı kimidir:
“Nədamət tövbədir.” ((İbn Macə, Zühd, 30.))
“Günahdan tövbə etmək peşmanlıq (nədamət) hiss edib Allahdan bağışlanmağı istəməklə olur.” ((Əhməd ibn Hənbəl, VI/264.))
QEYD: Cavab hazırlandığı vaxt İbrahim Kafi Dönməzin rəhbərlik etdiyi heyət tərəfindən hazırlanan “İslamda inanc, ibadət və gündəlik yaşayış ensiklopediyası”ndan istifadə edilmişdir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.