Müsəlmanlar
Marqarin və donuz piyi

Marqarin və donuz piyi

Sual: Deyilənə görə marqarin yağlarına donuz yağı qatılır. Biz bunu dəqiq bilmirik amma şübhələndiyimizə görə marqarin yağı işlətmirik. Hazır qida məhsullarının çoxunda marqarin yağından istifadə edildiyinə görə onları da yeyə bilmirik. Sizdən xahiş edirəm ki, bu məsələyə bir aydınlıq gətirəsiniz. Marqarin yağlarını yemək olarmı? Bəs peçenye, şokolad və şirniyyat kimi işərisində marqarin olan qida məhsullarını necə?

Cavab: Marqarin yağları maye bitki yağlarının hidrogenlə dondurulması üsulu ilə hazırlanır. Süfrə marqarinlərinə təzə pasterizə edilmiş süd və vitamin də əlavə olunur. Bu məhsullara donuz yağı əlavə edilməsindən söhbət belə gedə bilməz. Bu barədə deyilənlər tamamilə əsassızdır. Nəticə olaraq marqarin yağlarının və bu yağlarla hazırlanmış qida məhsullarının yeyilməsi halaldır.