Müsəlmanlar
Əməvilər

Əməvilər

Sual: Əməvilər kimlərdir? Xahiş edirəm, bu barədə bir az məlumat verin.

Cavab: Əməvilər raşid xəlifələrdən ((Xüləfayi-raşidin: Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan, Əli ibn Əbu Talib.)) sonra (661-750-ci illərdə) hökm sürən ilk İslam xanədanıdır.

Xüləfayi-raşidin dövründən sonra Suriyanın paytaxtı Dəməşqdə (Şam) qurulan bu xanədan-dövlət İslam tarixində ilk ailə-sülalə dövlətidir. Adını banisi olan Müaviyə ibn Əbu Süfyanın mənsub olduğu Bənu Ümeyyə ((Ümeyyə oğulları, Əməvilər.)) qəbiləsindən alıb. Müaviyə və ondan sonra gələn 2 xəlifə həmin qəbilənin Süfyani qolundan, digər 11 xəlifə isə eyni ailənin Mərvani qolundandır.

Bu məsələ ilə əlaqədar ətraflı məlumat almaq üçün müstəqil mənbələrə, tarix kitablarına, eləcə də Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasına ((11-ci cild, İstanbul, 1995, s. 87-108. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.)) müraciət edə bilərsiniz. İnternet şəbəkəsindən də lazımi məlumatı almaq mümkündür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.