Müsəlmanlar
Dinimizi təhqir edən vebsaytlara hücum etməyimiz düzdür?

Dinimizi təhqir edən vebsaytlara hücum etməyimiz düzdür?

Sual: Bizim dinimizə və ölkəmizə düşmən olan ölkələrin vebsaytlarına hücum etsək, olar? Oğurluq etmirik ki! Bizə hücum edənə biz də hücum edib saytlarını dağıdırıq. Bütün məqsədimiz virtual aləmdə öz ölkəmizin və dinimizin maraqlarını imkan daxilində qorumaqdır.

Cavab: İnternet şəbəkəsində ölkə və dinimizi təhqir edənlərlə mübarizə aparmaq lazımdır. Ancaq bunun yolu xakerliklə məşğul olmaq deyil. Çünki bu, havaya yumruq atmaq kimi bir şeydir. Yaxşı məlumdur ki, bu kimi saytlar darmadağın olunsa belə, göbələk kimi artmağa davam edir. Odur ki, bu kimi şeylərə vaxt ayırmaqdansa, özümüzə məxsus olan saytları həm məzmun, həm də texniki baxımdan möhkəmləndirməliyik. Mübarizəmizi də düşüncə və elm sahələrinə istiqamətləndirməliyik. Yəni, mənfi ünsürlərə qarşı bu cür mübarizə aparmalıyıq. Bizim bu məsələyə dair fikrimiz belədir.

http://www.muselmanlar.com/fitvalar/qeyri-muselmanlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.