Müsəlmanlar
Sonsuzluğa qarşı peyvənddən sonra qüsl vermək lazımdır?

Sonsuzluğa qarşı peyvənddən sonra qüsl vermək lazımdır?

Sual: Mənim uşağım olmur. Sonsuzluğa qarşı müalicə olunuram. Bir neçə günə məni bununla əlaqədar olaraq peyvənd edəcəklər. Bundan sonra (ləkələr yaranır) qüsl vermək lazımdır?

Cavab: Biz həkimlərdən aldığımız məlumata əsasən deyə bilərik ki, bu vaksinləmə əməliyyatından sonra qadında 1-2 ərzində heyz (aybaşı) ağrısına oşxayan bel və qasıq ağrısı olur. Bir qədər qanama da ola bilər. Amma bu, heyz qanı deyil, müalicə üsulundan irəli gələn bir şeydir. Odur ki, narahat olmağa dəyməz. Bu halda da namaz qıla bilərsiniz. Yəni, qüsl etmək lazım deyil.

http://www.muselmanlar.com/fitvalar/2281.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.