Müsəlmanlar

Müsəlman ər-arvadın seksdənkənar öhdəlikləri

Sual: Müsəlman ər-arvadın öz ailə həyatlarında bir-birinə qarşı nə kimi öhdəlikləri var? Təbii ki, hər şey sekslə məşğul olmaqdan ibarət olmamalıdır. Bu məsələni islam dini baxımından nə cür qiymətləndirmək olar?

Cavab: Sizin sualınıza ümumi qaydada aşağıdakı kimi cavab vermək mümkündür:

Məlumdur ki, ailə həyatında seksual münasibətlər də olur; ki, bu, vacib bir amildir. Bununla belə, evlilik-ailə həyatı təkcə seksdən ibarət deyil. Deməli, evlilik həyatında digər qarşılıqlı öhdəliklər də yerinə yetirilməlidir. Çünki insanın seksual münasibətlər baxımından xoşbəxtliyi həmin qarşılıqlı öhdəliklərə əsasən formalaşır və inkişaf edir. Bu öhdəlikləri aşağıdakı kimi xülasə etmək olar:

Kişinin əsas öhdəlikləri Rəbbimizin Nisa surəsinin 19-cu ayəsindəki: “Onlarla İslam dininin və müştərək ağlın qaydalarını əsas tutaraq yaşayın”, – əmrinə əsasən belədir:

a) Qadınlara qarşı yaxşı rəftar etmək: qadınların mənfi cəhətlərinə qarşı səbrli olmaq, onlarla sevgi-məhəbbət və hörmətlə danışmaq, ailə işlərinin idarəsi məsələsində onların da fikrini nəzərə almaq və başda seksuallıqları olmaqla onlarla maraqlanmaq.

b) Kişilər olaraq öz yeyib içdiklərimizi nəzərə alıb onların dolanışıq xərclərini ödəmək, eləcə də, ayrı bir mənzildə yaşamaqlarını təmin etmək.

c) Fiziki gücümüzdən sui-istifadə etməmək: Yəni, onlara qarşı zor tətbiq etməmək. Qadınları və gördükləri işləri pis adlandırmamaq.

Qadının əsas öhdəlikləri Rəbbimizin Quranın Nisa surəsinin 34 və Bəqərə surəsinin 233-cü ayələrindəki buyuruqlarına əsasən aşağıdakı kimidir:

a) Nikah müqaviləsi və cəmiyyətdəki adət-ənənələrin vacib bildiyi qadınlıq borcunu yerinə yetirmək, övlad dünyaya gətirmək, ona baxmaq və evdəki işləri görmək.

b) Nikah müqaviləsinə əsasən ərə – onun məhdud əmr və tapşırıqlarına hörmət etmək, onu xoşbəxt etməyə çalışmaq.

c) Zina və lezbiyanlıq kimi münasibətlərdən uzaq durmaq və ərin mal-mülkünü, yəni, qazancını qorumaq.

Qeyd edək ki, bir tərəfin öhdəlikləri o biri tərəfin haqq-hüququ deməkdir. Buna görə də haqq-hüquq mövzusunu burada əlavə olaraq şərh etməyə ehtiyac görmürük.

Yeri gəlmişkən, Allahın elçisi Muhəmməd peyğəmbərin (əs) kişi və qadının öhdəlikləri ilə əlaqədar hədisləri barədə məlumat almaq üçün baxın: Buxari, Heyz, 6; Müslim, İman, 132; Mişkatu-l-məsabih, hədis nömrəsi 3272.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.