Müsəlmanlar

Atamın xəbərdarlığına baxmayaraq başımı açsam, o da günaha batar?

Sual: Mən dini təhsil verən bir məktəbdə oxuyurdum. Bunun da təsiri nəticəsində 15 yaşımda hicab geyinməyə başladım. Ancaq zaman keçdikcə başa düşdüm ki, hicabı istəmirəm. Atamla bu məsələdə bir-birimizə zidd düşürük. O mənim hicabı çıxartmağımın əleyhinədir. Bu da mənə pis təsir edir. Belə olan halda, daha doğrusu, atamın xəbərdarlıqlarına baxmayaraq başımı açsam, onun özünə də günah yazılar?

Cavab: Əgər atanızın müəyyən xəbərdarlıqlarını nəzər almadan başınızı açsanız, onun üçün deyil, sizin üçün günah olar. İslam dininə əsasən günahlar şəxsidir. Yəni, kim günah etsə, cəzası da ona aid olur.

Sualınızdan belə başa düşülür ki, atanız sizə lazımi xəbərdarlıqları edib, sizi bu barədə məlumatlandırıb. Odur ki, qərar sizin özünüzdən asılıdır. İstəsəniz Allahın əmrinə tabe olub başınızı bağlayarsınız. İstəsəniz də Allaha zidd düşüb başınızı örtməzsiniz.

http://www.muselmanlar.com/fitvalar/485.html

Sualınızda belə deyirsiniz: “Zaman keçdikcə başa düşdüm ki, hicabı istəmirəm.” Unutmamaq lazımdır ki, müsəlman bir şeyi özü istədiyi üçün deyil, Allah istədiyi üçün etməlidir. İbadət elə budur. Bir insanı kafir olmağa vadar edən amil də axirəti inkar etməyi deyil, məhz dünyanı axirətdən üstün tutmağıdır. Allah Təala belə buyurur:

Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına! Onlar yaşadıqları anı (dünyanı) axirətdən çox sevən, Allahın yolundan sapdırmağa çalışaraq ondan uzaqlaşan kəslərdir. Onlar dərin bir azğınlığın içindədirlər!” (İbrahim, 14/2-3)

http://www.muselmanlar.com/fitvalar/geyim-kecim

http://www.muselmanlar.com/dusunce-sahesi/2795.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.