Müsəlmanlar
Borcunu öz vaxtında qaytarmayan varlı

Borcunu öz vaxtında qaytarmayan varlı

Sual: Məlumdur ki, ən xırda bir borca belə, faiz tətbiq olunur. Kasıb adam qeyri-ixtiyari olaraq günaha batır. Ancaq o biri tərəfdə olan və borcunu vaxtında qaytara bilməyən kasıbları belə acınacaqlı bir vəziyyətə salan varlı adamlar da var. Onlar da öz borclarını vaxtında qaytarmırlar. Qısa deyim. İmkanları çatdığı halda verməli olduqları pulu vermirlər. Bu cür adamları İslama əsasən necə qiymətləndirmək olar?

Cavab: Peyğəmbərimiz Muhəmməd əleyhissəlam borcunu vaxtında qaytarmayan adamı oğru adlandırıb. Təbii ki, burada söhbət imkanı olandan gedir. Borcunu qaytarmağa imkanı olmamaq başqa bir məsələdir. Onun da öz hökmləri var.

Bir hədisdə belə deyilir:

“İmkanı olan şəxsin borcunu gecikdirməyi zülmdür. Bu hal onun arxasından danışmağı halal edir. Bu, onu cəzaya layiq hala gətirir.”

Suala cavab verdi: Abdulaziz Bayındır ((İstanbul Universitetinin müəllimi, professor.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.