Müsəlmanlar

2 oğlu, 1 qızı olan kişinin mirası nə cür pay olunur?

Sual: Biz 2 oğlan, 1 qız olmaqla 3 qardaş-bacıyıq. Kiçik qardaşım əqli qüsurludur, böyük qardaşım isə həkimdir. Atam mənə və böyük qardaşıma ev aldı. Hal-hazırda həmin evlər atamın öz adına qeydiyyatdadır. Amma bizə dedi ki, kim hansı evdə yaşayırsa, o ev onundur. Atamın bu evlərdən başqa 3 evi və bankda pulu var. Onlar barədə bizə bir söz demədi. Elə isə atam öləndən sonra onun mirasını öz aramızda nə cür bölüşdürə bilərik? Bir də ki, atam pulunu bankda saxlayır və faiz alır. Belə olan halda, biz İslam dininə əsasən nə cür hərəkət etməliyik?

Cavab: Atanız hər şeydən əvvəl sağ vaxtı uşaqlarına qarşı ədalətli olmalı və öz ölümündən sonra qüvvəyə minməsi üçün qeyri-ədalətli işlər görməməlidir.

http://www.muselmanlar.com/fitvalar/1382.html

Atanız öldükdən sonra ondan qalan mal-mülk aşağıdakı kimi bölüşdürülməlidir:

Böyük qardaşınıza və sizə verdiyi evlər və bankdakı pulları da daxil olmaqla bütün əmlakı miras mallarına daxil edilməlidir. Əqli cəhətdən qüsurlu dediyiniz qardaşınız da miras payı almalıdır. Xəstə olduğuna görə varislikdən məhrum edilə bilməz. Yaxud da ona sağlam qardaşınızdan az pay verməkdən söhbət gedə bilməz. Xəstəliyinin dərəcəsindən asılı olaraq özünə aid olan əmlakı idarə edə bilməməyi (onun əvəzinə vəsisi idarə edir) isə tamamilə ayrı bir məsələdir.

Atanızın faiz almağı öz günahıdır. Siz münasib bir dillə atanıza xəbərdarlıq edin. Faizin qadağan olduğunu bildirən Quran ayələrini ona da deyin. Siz mal və pulun öz sərəncamınıza keçdiyi vaxtdan etibarən cavabdeh hesab olunursunuz.

http://www.muselmanlar.com/fitvalar/1392.html

Əgər ananız sağ deyilsə, miras sizin aranızda bölüşdürülür və oğlan uşaqları qızın aldığının 2 qatı pay alır. Mirası ümumilikdə 5 pay qəbul etsək, 2 pay xəstə qardaşınıza, 2 hissə həkim olan qardaşınıza, 1 pay da sizə çatır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.