Müsəlmanlar
Səhm alqı-satqısı ilə məşğul olmaq olar?

Səhm alqı-satqısı ilə məşğul olmaq olar?

Sual: Səhm al-veri də faizdir? Faizdə risk söhbəti yoxdur. Ancaq səhm al-verində ticarətdə olduğu kimi, risk faktoru var. Buna nə deyirsiniz?

Cavab: Səhm şəriklik sənədidir. Səhmdarlar bir təşkilatda şərik olurlar. Onlar həmin müəssisənin xeyrinə də, ziyanına da şərik olurlar. Bu məsələdə bir problem yoxdur.

Əsl problem bundan ibarətdir ki, hazırkı şəriklik sistemində kiçik səhmdarlar ziyana düşürlər. Bunun qarşısını almaq lazımdır. Ən kiçik şəriyin haqq-hüququ axıradək qorunmalıdır. Müxtəlif iclaslarla, idarə heyəti tərəfindən verilən investisiya qoyuluşu və kapitalın artırılması kimi cürbəcür qərarlarla kiçik səhmdarların hüququ tapdanmamalıdır. Əgər bu təmin edilsə, səhm alqı-satqısı məsələsində heç bir problem qalmaz.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.