Müsəlmanlar

Müdir icazə vermədiyi halda işdə namaz qılmaq olar?

Sual: Bir iş yerində müdir namaz qılmağa icazə vermir. Buna baxmayaraq orada namaz qılmaq olar?

Cavab: Namaz qılmaq Allahın əmridir. Bunun yerinə yetirilməməsi Allaha zidd düşmək və üsyan etmək hesab olunur. Allaha üsyan hesab edilən məsələlərdə kimə isə boyun əymək olmaz. Odur ki, müdir icazə vermir deyə, namazı buraxmaq olmaz. Lakin belə hallarda namazın təkcə vaciblərini qılmaq lazımdır. Nafilə namazlarla məşğul olmaq lazım deyil. ((Baxın: İbn Abidin, Haşiyətu rəddi-l-muxtar, İstanbul, 1984, 6-cı cild, s. 70, “Mətləb leysə li-l-əciri-l-xassi ən yusalliyə-n-nafilətə”.))

Misal üçün, belə bir vəziyyətdə günorta (zöhr) namazının 4 rükətlik fərzini (vacib), eləcə də, ikindi (əsr) namazının 4 rükətlik fərzini qılmaq olar. Salam verib namazı qurtardıqdan sonra dərhal işə başlamaq lazımdır. Namazları birləşdirib qılmaq da olar. Bu kimi hallarda təsbeh və dua ilə məşğul olmaq münasib deyil. Bununla belə, ən yaxşı hal müdirin iş şəraitini ibadət məsələlərinə müvafiq hala gətirməyidir. Yəni, bunu nəzərə almaq daha yaxşıdır. Yenə də müdiriyyətə bu məsələdə təzyiq göstərmək yaxşı deyil.

Sualınızla əlaqədar olaraq aşağıdakı cavabla da tanış olun:

http://www.muselmanlar.com/fitvalar/4265.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.