Müsəlmanlar
Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox?

Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox?

Sual: Muhəmməd peyğəmbərin təbyin öhdəliyi ilə əlaqədar yazınızı oxudum. Oradan belə çıxır ki, peyğəmbərlərin borcu vəhyi gizlətməməkdir. Bu, açıq-aydın bir məsələdir. Məgər peyğəmbərlərin ilahi vəhyi təfsir etmək kimi bir öhdəlikləri yoxdur? Əgər belə olsaydı, siz Bəqərə surəsinin tərcümə-məalına bir şərh yazısı əlavə etməzdiniz. Elə isə bu məsələni izah edin.

Cavab: Qeyd etdiyiniz fəaliyyət Muhəmməd peyğəmbərin (s. a. v.) hikməti öyrətməsindən ibarətdir. Bu, Quranda olan hökmləri müəyyən bir metoda əsasən üzə çıxartmaq deməkdir. Yəni, onsuz da mövcud olanı bir növ ortaya qoymaqdır. Buna məcazi olaraq şərh demək olar. Ancaq ənənəvi anlayışa əsasən belə deyil. Bu anlayışı təmsil edən alimlər belə hesab edirlər ki, təbyin peyğəmbərin (s. a. v.) şərhləri olmadan başa düşülməsinin mümkün olmadığı izahlardır. Eləcə də, deyirlər ki, bu şərhlərin bir hissəsi peyğəmbərə Qurandankənar vəhy vasitəsilə bildirilib.

Halbuki bunlar bir-birindən kəskin surətdə fərqlənir.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazılara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/quran

http://www.muselmanlar.com/fitvalar/fiqh-usulu

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.