Müsəlmanlar
Alıcını bankdan kredit götürməyə istiqamətləndirmək olar?

Alıcını bankdan kredit götürməyə istiqamətləndirmək olar?

Sual: Mən bir avtosalonda işləyirəm. Alıcılarımız maşın almaq üçün müxtəlif banklardan kredit götürürlər. Biz də çox vaxt onları öz istəkləri də olmaqla banklara istiqamətləndiririk. Bir növ kredit götürməklərində vasitəçi rolunu oynayırıq. Bu halda biz də faiz günahına batırıq? Əlavə olaraq, bu cür banklar bizim şirkətimizə komissiya haqqı ödəyir. Şirkət də öz əməkdaşlarına, yəni, bizə pul verir. Bu pulu almaq halaldır? Ümumiyyətlə, bu məsələni İslam dini baxımından necə qiymətləndirmək olar?

Cavab: Bank vasitəsilə həyata keçirilən hər növ əməliyyat haram kateqoriyasına daxil olmaya bilər. Bununla belə, sualınızda qeyd etdiyiniz kimi, alıcıya vasitəçilik etmək və onu faizlə kredit götürmək üçün banklara göndərmək (ya da faizli kredit işini onun əvəzinə görmək) İslam dininin hökmlərinə ziddir. Çünki bu, faiz günahına vasitəçilik etməkdir.

Odur ki, siz bir müsəlman kimi bu məsələlərdə ehtiyatlı olmalısınız.

Allah Təala belə buyurur:

“Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun) (savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər. Allah hər şeyi Qoruyandır.” (Nisa, 4/85)

“Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (Maidə, 5/2)

2-ci sualınıza gəldikdə, bankın sizin işlədiyiniz şirkətə verdiyi komissiya haqqı bir əməkdaş kimi sizi maraqlandırmır. Çünki siz o şirkətdə işlədiyiniz, necə deyərlər, zəhmət çəkdiyiniz üçün pul alırsınız. Şirkətin bankdan aldığı pul onun öz malıdır. Sizə verdiyi məbləğ başqa, həmin pul başqadır. Bununla belə, şübhə və narahatlıqlardan xilas olmaq üçün bu işləri görməkdənsə, daha münasib bir iş axtarmağınız yaxşı olar. Bu, bizim sizə bir müsəlman qardaşınız kimi tövsiyəmizdir.

Suala cavab verdi: Servet Bayındır ((İstanbul Universitetinin dosenti, Türkiyə.))

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavablarla da tanış olun:

http://www.muselmanlar.com/fitvalar/3976.html

http://www.muselmanlar.com/fitvalar/1991.html

http://www.muselmanlar.com/fitvalar/1868.html

http://www.muselmanlar.com/fitvalar/1773.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.