Müsəlmanlar
Qeyri-müsəlmanlar

Qeyri-müsəlmanlar

Sual: Biz müsəlman ailədə doğulduq və buna görə də İslam dinini qəbul etmişik. Bəs bu, müsəlman olmayaraq dünyaya gələn insanlara qarşı bir haqsızlıq deyilmi?

Xeyr, bu, onlara qarşı bir haqsızlıq deyil. Onlar bizim məsuliyyət daşıdığımız bir çox şeylə məsul deyillər. Onların əsl məsul olduqları şeylər Allaha şərik qoşmamaq və insan fitrətinin yaxşı kimi qəbul etdiyi işləri görmək, pis qəbul etdiyi şeylərlə də məşğul olmamaqdır. Ancaq bir peyğəmbərdən öyrənilməli olan şeylərə görə məsuliyyət daşımırlar. Onlara bir peyğəmbər tərəfindən təbliğ edildiyi vaxt isə o peyğəmbərə tabe olmalıdırlar.