Müsəlmanlar
Allah bəzi insanların kafir kimi ölməyini istəyir?

Allah bəzi insanların kafir kimi ölməyini istəyir?

Sual: Siz bir dəfə “Qəlbin möhürlənməsi” məsələsini izah etdiniz. Oradakı 2 ayə - Tövbə surəsinin 55 və 85-ci ayələri mənim çaşqınlığıma səbəb oldu. Həmin ayələr sanki eynidir. Deyilir ki, Allah münafiq bir dəstəni mal və övladları ilə cəzalandırmaq istəyir. Ən vacibi də budur ki, onların kafir kimi ölməyini istəyir. Elə isə Allahın kafir kimi ölməyini istədiyi insanın işi onsuz da bitmiş olmur? Axı onun qəlbinə möhür vurulub! Yəni, o adam sağ ola-ola hökmü oxunub. Deməli, o iman gətirməyəcək. İman gətirməyinə imkan da verilməyəcək. Bilmək istəyirəm, bu ayələrin əsl mənası nədir?

Cavab: Qeyd etdiyiniz Quran ayələri münafiqlərlə əlaqədardır və müştərək mənası aşağıdakı kimidir:

Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.” (Tövbə, 9/55 və 85)

Bu, Allah tərəfindən qoyulmuş qayda-qanundur. Əgər onlar öz vəziyyətlərini düzəltməyə çalışmasalar, bu qayda-qanun qüvvədə qalır. Ancaq tövbə qapısı həmişə açıqdır. Kim istəsə, tövbə edib düzgün yola qayıda bilər.

Bunu aşağıdakı ayələrdən də asanlıqla başa düşmək mümkündür:

“İman gətirdikdən, peyğəmbərin həqiqi (peyğəmbər) olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz.

Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!

Onlar (bu lənətə) həmişəlik gömüləcəklər. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.

Bundan sonra tövbə edib (öz əməllərini) islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.” (Ali-İmran, 3/86-89)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.