Müsəlmanlar

Maidə surəsinin 38-ci ayəsinə əsasən oğrunun iki əlini də kəsmək lazımdır?

Sual: Quranın Maidə surəsinin 38-ci ayəsində deyilir ki, oğurluq edənlərin əllərini kəsin. Burada əl sözü cəm formada - əllər kimi işlədilib. Bu o deməkdir ki, oğurluq edənlərin hər iki əlini də kəsmək lazımdır?

Cavab: Gəlin, hər şeydən əvvəl həmin ayənin orijinalına və tərcüməsinə nəzər salaq:

وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللَّهِ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

“Etdikləri əməlin müqabilində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin! Allah Qüdrətlidir, Müdrikdir.”

Burada “السَّارِقُ” ifadəsi kişi cinsindədir. Mənası oğurluq edən kişi deməkdir. Bu sözün əvvəlində Ərəb dilində müəyyənlik bildirən “əl” artiklı var. Bu da bu ifadə ilə bütün oğurluq edən kişilərin nəzərdə tutulduğunu göstərir.

السَّارِقَةُisə oğurluq edən bütün qadınları nəzərdə tutur.

Əgər buradakı “əl” artiklının cinsi bildirmək üçün işlədildiyini qəbul etməsək, belə bir səhvə yol verər və deyərik ki, filan oğru kişi ilə filan oğru qadının əllərini kəsin. Bu səhv nəticəyə əsasən onların hər iki əlini də kəsmək olar.

Lakin bu ayədə nəzərdə tutulan bu deyil. Buradakı “əl” artıklı qrammatik cinsi bildirir və ayənin hökmü bütün oğru kişi və qadınları əhatə edir. Yəni, onların hamısına aiddir. Elə isə burada söhbətin iki əldən getməyi şərt deyil. Bu o deməkdir ki, oğurluq edən qadınların da əlini kəsin, kişilərin də.

Qeyd edək ki, Muhəmməd peyğəmbər (s. a. v.) oğurluq hallarında sağ əlin biləyindən kəsilməli olduğunu deməklə bu məsələdəki səhvlərin qarşısını almışdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.