Müsəlmanlar
Qurban bayramında iki qurban kəsmək olar?

Qurban bayramında iki qurban kəsmək olar?

Sual: Mənim anam bu il də qurban kəsdirəcək. Eyni zamanda istəyir ki, bir xeyriyyə təşkilatına da bir qurban bağışlasın. Sualım budur: Eyni bayramda iki ayrı qurban kəsmək olar?

Cavab: Maddi imkanları yaxşı olanların 1-dən çox qurban kəsməkləri onların bu ibadəti yerinə yetirdiklərinə görə daha çox savab qazanmaqlarına səbəb olur.

Mötəbər hədis mənbələrində deyilir ki, peyğəmbərimiz Muhəmməd (s. a. v.) də təmiz, kök və buynuzu olan 2 qoçu qurban kəsdirib. O, bunlardan birini öz ümmətindən qurban kəsməyənlərin, digərini də özü və ailəsinin adından kəsdirib. ((Buxari, Ədahi (qurbanlar), 7; Müslim, Ədahi, 18. Eyni və oxşar hədislər Əbu Davud, Tirmizi, Nəsai, İbn Macə və Dariminin əsərlərində də qeyd olunub.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.