Müsəlmanlar
Qulağı deşilib nömrə taxılan heyvandan qurban olar?

Qulağı deşilib nömrə taxılan heyvandan qurban olar?

Sual: Bir hədisdə qurbanlıq heyvanların xüsusiyyət və əlamətlərindən danışılır və belə deyilir: “Peyğəmbər qurbanlıq heyvan aldıqda heyvanın fiziki bir qüsurunun olub olmadığına baxmağımızı buyurdu. Əmr etdi ki, heyvanın göz və qulağına baxaq. Bir və ya hər iki gözü kor olan, qulaqlarının qabaq və ya arxa tərəfi kəsik və deşik heyvanları qurban kəsməyimizi qadağan etdi.” Hal-hazırda isə qurbanlıq heyvanların qulaqlarını deşib nömrə taxırlar. Belə olan halda, həmin heyvanları qurban kəsmək olar?

Cavab: Hədisdə sadalanan əlamətlər heyvanları qüsurlu (problemli, qurban üçün əlverişli olmayan) hala gətirən əlamətlərdir.

Bu gün heyvanların qulağına vurulan damğa və ya nömrə isə onların etibarlı (sağlam, tibbi yoxlamadan keçmiş, qurban üçün əlverişli) olduğunu göstərir. Həmin nömrələrin yazıldığı bir sənəd də olur. Heyvanın qulağındakı nömrə ilə sənəddəki nömrə tutuşdurulur, heyvan məhz bundan sonra kəsilmək üçün təhvil verilir.

Bir sözlə, bu cür heyvanları qurban kəsmək olar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.