Müsəlmanlar

Qurban payına yarım pay miqdarında şərik olmaq olar?

Sual: Qurban payına daxil olmaq məsələsində yarım pay miqdarından söhbət gedə bilər? Məsələn, şərik kəsilən bir qurbanlıq heyvanı 2 şərik öz aralarında 3,5 pay şəklində kəsə bilərlər?

Cavab: Bir iri buynuz heyvanı bir nəfər də qurban kəsə bilər, bu heyvana 7 nəfər də şərik ola bilər. Əgər həmin heyvana 2 nəfər şərik olsa, onlar 3,5 pay yox, 2 pay formasında ortaq olurlar! Yəni, heyvanın əti 2 bərabər yerə bölünür. Əgər heyvana 3 nəfər şərik olubsa, ət 3 yerə bölünür. Bu, 7 nəfərə qədər belə davam edir.

Ancaq kiçik baş heyvanı yəni, qoyun və keçini bir nəfər qurban etməlidir və bu cür heyvanlarda şərik olmaz.

Qurban barədə digər sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:

Dini cəhətdən hər kəs qurbanını özü kəsə bilər?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.