Müsəlmanlar
Bir müsəlman həmişə bir məzhəbə sadiq qalmalıdır?

Bir müsəlman həmişə bir məzhəbə sadiq qalmalıdır?

Sual: Tutalım ki, bir nəfər müsəlman filan məzhəbə mənsubdur. Əgər başqa məzhəblərdəki bir fikir onun xoşuna gəlsə, daha doğrusu, onu qane etsə, o fikri mənimsəyib onunla əməl edə bilərmi? Yoxsa ömür boyu bir məzhəbə sadiq qalmalıdır?

Cavab: Xeyr, müsəlman bir insanın öz əməllərində hansısa bir məzhəbə sadiq qalmağından söhbət belə gedə bilməz. Çünki müsəlman sadəcə olaraq Quran və Sünnənin hökmlərini yerinə yetirməlidir.

Əgər hansısa məzhəbin bir və ya bir neçə alimi dini bir məsələyə dair düzgün fikir irəli sürürlərsə, əlbəttə ki, o fikri mənimsəmək olar. Amma saf-çürük edərək, yəni, o fikrin dəlil-sübutunu araşdırmaqla əməl etmək olar. Ancaq bu o demək deyil ki, insan hansısa məzhəbə kor-koranə mənsub olsun. Təbii ki, hər şeyi ölçüb biçmək, təhlil etmək və ondan sonra bir nəticəyə gəlmək lazımdır.

Ümumiyyətlə, bu cür yanaşma – sadəcə bir məzhəb və ya alimin ardınca getmək insanı təqlidçiliyə aparır. Bundan uzaq durmaq lazımdır.

Sualınıza cavab olaraq aşağıdakı qısa yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/737.html

http://www.muselmanlar.com/fitvalar/3641.html

http://www.muselmanlar.com/fitvalar/mezhebler

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.