Müsəlmanlar
Heç uşağı olmadan ölən kişinin vərəsəsi kimə qalır?

Heç uşağı olmadan ölən kişinin vərəsəsi kimə qalır?

Cavab: Əgər kişi ölsə, arxada təkcə arvadı qalsa, sizin də qeyd etdiyiniz kimi, arvadı onun mirasının dörddə birini alır. Çünki mirasla əlaqədar Quran ayəsində: “Əgər sizin uşağınız yoxdursa, qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır”, – deyilir (Nisa, 4/12).

Mirasın yerdə qalanı isə ölən adamın uşaqları olmadığına görə onun ata-anası, onlar da yoxdurlarsa, nənə və babası,  bacı-qardaşları və onların uşaqlarına, eləcə də əmi və bibi kimi yaxın qohumlarına çatır.

Sualınızda ölən kişinin hansı qohumlarının sağ olduqlarını bildirməmisiniz. Buna görə də kimin nə qədər miras payı alacağını deyə bilmirik.

Ər-arvadın bir-birlərinə varis olmağı evlilik, digər qohumlarınkı isə qohumluq (rəhm) vasitəsilə baş verir. Evlilik nəticəsində varis olanlar öz hissələrini götürdükdən sonra rəhm yolu ilə qohum olanlar paylarını alırlar. Bununla əlaqədar Quran ayəsində belə deyilir:

“Allahın kitabına əsasən rəhm yolu ilə qohum olanlar bir-birlərinə (varis olmağa) daha layiqdirlər.” (Ənfal, 8/75; Əhzab, 33/6)

“Valideynlərin və yaxın qohumların qoyub getdikləri (maldan) kişilərə bir pay düşür; valideynlərin və yaxın qohumların qoyub getdikləri (maldan) qadınlara da bir pay düşür. Bu (mal) istər az olsun, istərsə də çox, (onlar üçün) müəyyən edilmiş bir paydır.” (Nisa, 4/7)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.