Sual: Lina adının mənası nədir? Qız uşağına belə bir ad qoymaq dini cəhətdən necə qiymətləndirilir?
Cavab: Hər şeydən əvvəl qeyd edək ki, Lina sözü Almaniya, Nigeriya, İtaliya, Rusiya, Bolqarıstan, Şotlandiya və sairə ölkələrdə qadın adı kimi işlədilir. Bu sözün mənşəyi mübahisəlidir. Əlavə olaraq bizim bu sözün Karolina, Evelina və Evangelina kimi adlarla əlaqəsinin olub olmadığına dair məlumatımız yoxdur.
Əgər burada söhbət Quranın Həşr surəsinin 5-ci ayəsindəki “lina (لِينَةٍ)” sözünün latın hərfləri ilə yazılmış halından gedirsə, bu, “yumşaq xurma ağacı” mənasını daşıyır.
Bu halda uşağa Lina adı qoymaq olar; dini cəhətdən bir problem yoxdur.
Bu məsələdə mühüm bir məqam var: Lina adı ölkəmizdə yayılmış bir ad deyil. Odur ki, uşağınıza ad qoyduğunuz vaxt bu amili də nəzərə almalısınız.Yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, eləcə də, həm yazılışı, həm də tələffüzü münasib olan bir ad qoyasınız.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.