Müsəlmanlar

Vitr namazının vaxtı

Sual: Xüftən namazının ardınca qılınan vitr namazı gecə namazının əvəzinə qılınır, yoxsa özü müstəqil bir namazdır? Vitr namazını qılmaq üçün yatıb yuxudan oyanmaq şərti yoxdur. Elə isə onu gecə namazı hesab etmək olar?

Cavab: Vitr namazı günün axırıncı namazıdır. Təhəccüd vaxtı girəndən sonra qılınır. Buna görə də onu xüftən namazını qıldıqdan sonra, daha dəqiq desək, xüftən namazı vaxtının xaricində qılmaq lazımdır.

Axşam olduqdan xeyli sonra (hava zil qaranlıq hala gəlməyə başladıqda) xüftən namazının vaxtı girir. Vitr namazının vaxtı isə xüftənin vaxtı bitdikdən sonra başlayır.

Vitr namazı haqqında ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2868.html

http://www.muselmanlar.com/fitvalar/3265.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.