Müsəlmanlar
Bizim işlətdiyimiz 2 maşınımız var. Onlara zəkat düşür?

Bizim işlətdiyimiz 2 maşınımız var. Onlara zəkat düşür?

Sual: Mən və həyat yoldaşım ayrı-ayrı şəhərlərdə işləyirik. Yoldaşım təkcə şənbə və bazar günləri evimizə gəlir. 2 maşınımız var. Birini mən, birini də o işlədir. Belə olan halda, 2-ci maşının da zəkatını vermək lazımdır?

Cavab: İstər lüks olsun, istər olmasın, yaşanan evə və minik kimi istifadə olunan maşına zəkat düşmür.

Zəkat qazanc gətirən və artıb çoxalmaq xüsusiyyəti olan qızıl, gümüş, dəmir və kağız pullar, çeklər, ticarət malları, torpaq məhsulları, heyvanlar və səhmlərdən verilir.

Əgər kirayədə olan eviniz və ya maşınınız varsa, onların zəkatı da əmlak qiymətindən deyil, gətirdikləri qazancdan hesablanıb verilməlidir.

http://www.muselmanlar.com/fitvalar/3826.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.