Müsəlmanlar
Oruclu halda xörəyin dadına baxmaq məkruhdur?

Oruclu halda xörəyin dadına baxmaq məkruhdur?

Sual: Siz deyirsiniz ki, oruc tutan bir qadının əri tündxasiyyətdirsə, həmin qadın bişirdiyi xörəyin dad və duzunu yoxlaya bilər. Sizin saytınızdakı materiallar hansısa bir dini dəlilə əsaslanır. Bəs bu? Heç belə şey olar?

Cavab: Quranın Bəqərə surəsinin 187-ci ayəsinə əsasən orucu batil edən şeylər yemək-içmək və cinsi əlaqədir. Xörəyin dadına baxmaq isə nə yemək sayılır, nə də içmək! Buna görə də orucu pozmur. Ancaq bunun səbəbsiz yerə olmağı məkruhdur. Çünki eyni ayədə deyilir ki, hədd (sərhəd) kimi bildirilən şeylərə yaxınlaşmaq olmaz. Heç bir səbəb olmadığı halda, xörəyin dadına baxmaq həmin sərhədlərə yaxınlaşmaq deməkdir.

Həmin fitvada xörəyin dad və duzuna baxılmaması halında evdə narazılıq yaranacağı ehtimalı zərurət kimi qiymətləndirilib. Bu da öz növbəsində məkruhluğu aradan qaldırır.

Müvafiq cavab üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/3732.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.