Müsəlmanlar
Çox isti və uzun günlərdə oruc tutmamaq olar?

Çox isti və uzun günlərdə oruc tutmamaq olar?

Sual: Məlumdur ki, Ramazan ayı keçən il olduğu kimi, bu il (2011) də yay fəslinə təsadüf edir. Əgər havanın çox isti olduğu günlərdə 2 gün oruc tutsaq, sonra da 1 gün ara versək, olar? Peyğəmbərin dövründə belə bir şey olub?

Cavab: Xeyr, belə bir şey yoxdur. Havaların isti keçməsi oruc tutmamaq üçün səbəb ola bilməz. Orucu cavabdeh olanlardan ancaq xəstələr və yol üstündə olanlar tutmaya bilərlər; ki, Quranda onların belə, oruc tutmaqlarının daha yaxşı olacağı deyilir. Aşağıdakı linkdən bu barədə məlumat ala bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3722.html

İlk müsəlmanlar Məkkə və Mədinə şəhərlərində, eləcə də səhra və çöllərdə yaşayırdılar. Oralarda havalar çox isti keçir. Havanın temperaturu çox vaxt 50 dərəcəyə çatır. Həmin insanlar həm oruc tutur, həm də Allah yolunda cihad edirdilər.

Siz də məsələyə bu cür yanaşsanız, oruc tutmağın o qədər də çətin olmadığını görərsiniz.

Buna oxşar bir məsələ haqqında buradan oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1913.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.