Müsəlmanlar
Ərindən boşanan qadın mehrini qaytarmalıdır?

Ərindən boşanan qadın mehrini qaytarmalıdır?

Sual: Qadın ərindən boşandığı vaxt nəyə görə ondan aldığı mehri qaytarmalıdır? Bunun məntiqli bir izahı var?

Cavab: Evlilikdən qabaq qadına mehir verilməsini tələb edən Allah evlilik vaxtı da qadının bütün ehtiyaclarını ödəməyi kişiyə həvalə etmişdir. Bu, kişi üçün böyük bir yük və məsuliyyət deməkdir. Əgər kişi arvadından ayrılmaq istəsə, yəni, boşanmağı o tələb etsə, arvadına verdiyi mehrdən heç bir şey ala bilməz. Bu, aşağıdakı Quran ayəsinin tələbidir:

Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şeyi geri almayın! Məgər (verdiyinizi) böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız?

Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar?”. (Nisa, 4/20-21)

Ancaq boşanmağı qadın istəsə və bunda kişinin hər hansı bir təqsir və qəbahətli əməli yoxdursa, bu vaxt qadın kişidən aldığı mehri qaytarmalıdır.

Bu məsələdə başa düşülməyəsi bir şey yoxdur. Çünki əgər bu şərt olmasaydı, bəzi qadınlar iftidanı pul qazanmaq vasitəsinə çevirərdilər. Bir kişi ilə evlənər, mehri alar, sonra da iftida yolu ilə ondan ayrılar, başqa bir kişi ilə evlənər, ondan da mehir alardı. Ancaq iftidada aldıqlarını qaytarmaq şərti bu yolu kəsib.

Bu barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/152.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.