Müsəlmanlar
Qəndil gecələrində daha çox ibadət etməyin bir eybi var?

Qəndil gecələrində daha çox ibadət etməyin bir eybi var?

Sual: Vacib ibadətləri yerinə yetirən insanlar qəndil gecələrində xüsusi olaraq Qurana qulaq asıb özləri də çox oxusalar, yəni, bunu adi vaxtlardakından bir qədər artırsalar, problem olar? Görəsən, bu da bidətdir?

Cavab: Vərdiş halına gətirilən müstəhəb ibadətləri, eləcə də Quran oxumağı bəzi gecələrdə artırmaq, bəzilərində də azaltmaq və bəzən də tərk etmək problem deyil.

Amma: “Savabı çox olduğuna görə xüsusilə bu gecədə daha çox müstəhəb ibadətlə məşğul olum, lap çox Quran oxuyum”, – demək problemli bir məsələdir. Çünki bu o deməkdir ki, həmin gecə edilən əməllərə o biri gecələrdəki əməllərdən çox savab veriləcək. Yəni, bunda belə bir iddia var.

Haqqında Quran ayəsi və ya peyğəmbər hədisi olmayan bu kimi məsələlərdə bir fikir irəli sürmək düz deyil. Onsuz da bidətlərin meydana gəlməyi və davam etdirilməsi bu kimi “təmiz” səbəblərlə “əsaslandırılır”. Odur ki, ehtiyatlı olmaq lazımdır.

Bu məsələyə dair ətraflı məlumat üçün aşağıdakı yazıları oxuyun:

http://www.muselmanlar.com/fitvalar/qendil

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.