Müsəlmanlar
Quranda qadağan edilən şeylərin illəti nəyə əsasən müəyyənləşdirilir?

Quranda qadağan edilən şeylərin illəti nəyə əsasən müəyyənləşdirilir?

Cavab: Mütləq surətdə imtahan üçün olanlar istisna olmaqla, Uca Allahın əmr və qadağalarının səbəbsiz olduğunu düşünmək qeyri-mümkündür. Bununla belə, illəthikmət bir-birinə qarışdırılmamalıdır. Quranda xamr, yəni, yeyildiyi, içildiyi və istifadə olunduğu vaxt insanı sərxoş edən hər bir şey qadağan olunub. Bunun illəti adından da başa düşüldüyü kimi, ağlın üstünü örtməyi, yəni, sərxoşluq verməyidir. Belə olan halda, xamr illəti Allah tərəfindən müəyyənləşdirilmiş olan bir qadağa olur və bu qadağanın əhatəsinə sərxoşluq verən bütün maddələr daxildir.

Sərxoş edici şeylərin qadağan edilməyinin hikməti isə onların şeytan əməli murdarlıqlar olmağı, insanların arasında kin və düşmənliyə səbəb olması, eləcə də insanı Allahı zikr etməkdən uzaqlaşdırmağıdır.

Ribanın (faiz) illəti borcdan gəlir götürməkdir. Bu qəbildən olan bütün işlər ribadır. Bu qadağanın hikməti su-istifadə və müstəmləkə sisteminin yaranmağı, iqtisadi böhranlara səbəb olmağı kimi hallardır.

Sualınızın ən vacib hissəsi qadağaların illətinin düzgün müəyyənləşdirilməli olması ilə əlaqədardır. Bu illət mütləq Qurandan götürülməlidir. Müəyyən edilən illətin məzmununa nələrin daxil olub olmaması isə ictihadla əlaqədar bir məsələdir. Bu mərhələdə yol verilən səhvlər bağışlanır. Amma təkcə ictihadla illəti müəyyənləşdirmək qəbul edilən bir hal deyil. Çünki bu, bir səhv deyil, həddi aşmaq deməkdir.

Suala cavab verdi: Dr. Fatih Orum

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.