Sual: Təriqətlərə mənsub olan adamlar sizin də dediyiniz kimi, Qurana əsaslanan əqidə daxilində öz üsullarına əsasən zikr edə bilərlər? Sizcə belə bir şey mümkündür?
Cavab: Hər şeydən əvvəl qeyd edək ki, Quran Allah tərəfindən Muhəmməd peyğəmbərə (s. a. v.) nazil edilmiş və peyğəmbər bu kitabı öz həyatına tətbiq etmişdir. Elə isə İslam dinini peyğəmbərin göstərdiyi kimi deyil, başqa cür yaşamağa cəhd edən insanın mütləq bir problemi olur. Bu problem özünü dərhal büruzə verməyə bilər. Amma mütləq belə bir hal baş verir.
Muhəmməd əleyhissəlamın belə bir sözü var:
“Kim bu dində təzə bir şey üzə çıxartsa, rədd edilir”.
Ona görə də kim nə dərəcədə yaxşı niyyətli olursa, olsun, bu dini peyğəmbərin göstərdiyindən ayrı cür yaşamaq düzgün deyil.
Materialdan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.