Müsəlmanlar
Quran Azərbaycanca oxunmalıdır, yoxsa Ərəbcə?

Quran Azərbaycanca oxunmalıdır, yoxsa Ərəbcə?

Sual: Quranı Azərbaycan dilindəki tərcümə-məalından oxumaq olar? Yoxsa mütləq Ərəbcə orijinalından oxunmalıdır?

Cavab: Allah Təala Quranın İbrahim surəsinin 4-cü ayəsində belə deyir:

Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, haqqı onlara bəyan etsin”.

Bizim xalqımız Ərəb dilini bilmir. Yəni, bu, mütəxəssis işidir. Hamının Ərəb dilini bilməsi mümkün deyil və bu çox normal bir haldır.

Odur ki, Quran bizim insanlara Azərbaycan dilində oxunmalıdır. Ancaq təəssüf ki, ta qədim dövrlərdən bəri bəzi Quran ayələrinə səhv məna verilir. Bu da çətinlik yaradır. Deməli, bu faktoru da nəzərə almaq lazımdır. Onsuz da səhv məna insanın fitrətinə zidd olduğuna görə bunu dərhal başa düşmək olur.

Nəticə olaraq, Ərəb dilini bilənlər Quranı orijinaldan, bilməyənlər də bizim ana dilimizdə oxuya bilərlər.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.