Sual: Müsəlman olmayan bir nəfər barədə, məsələn, bir alim haqqında elmi bir tədqiqatına görə: “Allah ondan razı olsun!”, - demək olar? Bir də deyirlər ki, müsəlman olmayanların bəşəriyyət üçün gördükləri işlərin Allahın nəzərində heç bir qiyməti yoxdur. Bu düzdür?
Cavab: Qeyri-müsəlman kimi öldükləri qəti surətdə bilinən insanlara rəhmət oxumaq düzgün deyil. Bu, aşağıdakı Quran ayəsinə əsasən qadağandır:
“Cəhənnəm əhli olduqları açıq-aydın məlum olduqdan sonra qohum olsalar belə, (Allaha) şərik qoşanlar üçün mərhəmət diləmək nə peyğəmbərə yaraşır, nə də möminlərə”. (Tövbə, 9/113)
Bu barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/2078.html
İnsanlıq üçün xeyirli işlər görən qeyri-müsəlmanlar üçün ən münasib dua onların hidayət olmağını diləməkdir. Yəni, belə deyib dua etmək olar: “Allah on(lar)a hidayət versin”.
Sualınızın ikinci hissəsi (qeyri-müsəlman olaraq ölən insanların əməlləri) ilə əlaqədar olaraq bu yazını oxuyun:
http://www.muselmanlar.com/fitvalar/3339.html
Saytımızın bu kimi məsələlərə dair yazılarını isə aşağıdakı keçiddən oxuya bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/qeyri-muselmanlar
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.