Müsəlmanlar
Quranda hal-hazırda tətbiq oluna bilməyən hökmlər var?

Quranda hal-hazırda tətbiq oluna bilməyən hökmlər var?

Sual: Bəzi adamlar deyirlər ki, Muhəmməd peyğəmbərin dövründə həyata keçirilən bir sıra hökmləri indiki dövrdə tətbiq etmək olmaz. Bu nə dərəcədə düzdür?

Cavab: Bəli, Quranı Allahın deyil, sanki Muhəmmədin kitabı imiş kimi qiymətləndirənlər var. Onlar iddia edirlər ki, bu kitab (Quran) tarixin bir dövrünə aiddir. Demək olar ki, bütün qərblilər bu fikirdədirlər. Onlar Quranı anaxronik bir kitab kimi qəbul edirlər.

Hətta Qərb dünyasının təsirində qalan bəzi müsəlmanlar (təəssüf ki, onların aralarında ilahiyyatçılar da var) da bu cür fikirləşirlər.

Bu fikrin müsəlmanlıqla heç bir əlaqəsi yoxdur. Qurana belə yanaşmaq müsəlmanlığı yox hesab etmək deməkdir və qəbuledilməzdir.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/477.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.