Müsəlmanlar
Həyat yoldaşı seçəndə nəyə fikir vermək lazımdır?

Həyat yoldaşı seçəndə nəyə fikir vermək lazımdır?

Sual: Həyat yoldaşı seçdiyimiz vaxt hansı məsələlərə fikir verməliyik? Quranda bu barədə nə deyilir? Hansı meyarlar var?

Cavab: Bu məsələ ilə əlaqədar ayələr bunlardır:

1) Evlənmək məsələsində əqidə çox vacibdir. Allah buyurur:

“İmana gələnə qədər müşrik qadınlarla evlənməyin. Mö’min bir cariyə gözəlliyinə vurulduğunuz müşrik qadından yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirənə qədər onlara qız verməyin. Əlbəttə, mö’min bir kölə heyran olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar sizi cəhənnəmə çağırırlar. Allah isə sizi öz izni ilə cənnətə və bağışlanmağa çağırır. Allah ayələrini insanlara açıqlayır ki, bəlkə, ağıllarını başlarına cəm edələr”. (Bəqərə, 2/221)

2) Hər iki şəxs namuslu, özünə gizli dost (aşna, oynaş) tutmayan, evlənməyi uşaq oyuncağı hesab etməyən şəxslər olmalıdırlar.

Allah buyurur:

“…Bunların xaricində olanlar namuslu yaşamağınız və zinadan uzaq durmağınız şərti ilə sizə halaldır”. (Nisa 4/24)

3) Tərəflərdən biri zina etməmiş olmalı, əgər edibsə, tövbə etmiş və özünü tamamilə düzəltmiş olmalıdır:

“Zinakar kişi ancaq zinakar və ya müşrik qadınla evlənə bilər. Znakar qadın da ancaq zinakar və ya müşrik olan bir kişiyə ərə gedə bilər. Bunlar möminlərə haram olunub”. (Nur, 24/3)

“Amma bundan sonra tövbə edib düzələnlər istisna təşkil edirlər. Şübhəsiz ki, Allah bağışlayır və mərhəmət edir”. (Nur, 24/5)

http://www.muselmanlar.com/fitvalar/1854.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.