Müsəlmanlar

Məzhəblər nə cür yaranıb?

Sual: Məzhəblər hansı səbəblərə əsasən meydana gəlib? Məzhəblərin formalaşmasında hansı amillər xüsusi rol oynayıb?

Cavab: Bu sualın cavabı əvvəllər olduğu kimi asan deyil. Əvvəllər bu sualı soruşanlara təxminən bu cür cavab verirdik:

“Məzhəblər Quran və Sünnə üzərində ittifaq ediblər, həmrəydirlər. Bunların fikir ayrılığı və ixtilafları ancaq şərh məsələlərindədir. Bu da olan şeydir”.

Şübhə yoxdur ki, cavabımızı əsaslandırmaq üçün bir misal da verirdik. Biz belə deyirdik:

“Allah: “Dəstəmazda başınıza məsh çəkin”, – buyurub. Məzhəblərin bəziləri bunu başın dörddə biri, bəziləri yarısı, bəziləri də bütün başa məsh çəkmək kimi izah edirlər”.

O vaxt bu cavabla həm özümüzü inandırırdıq, həm də elə güman edirdik ki, sualı soruşan və cavabı dinləyənlər də bununla qane olurlar.

Ancaq indi bu iş o qədər də asan deyil. Müşahidə etmək olur ki, bu məzhəblər və məzhəbləşmənin içində çoxlu xoşagəlməz cəhətlər var. Bu, insanda təəssüf hissi oyandırır.

Tarixdə çox şey baş verib. Misal üçün, İslam dünyasında müdhiş bir İran hakimiyyəti hökm sürüb, Hülaku işğalı baş verib. Kitabxanalar yox edilib. Bəzi məscidlər kilsəyə döndərilib. Bir çox müsəlman qətl edilib. Bir sözlə, bunlar tarix boyu yaşanan şeylərdir. Nəticədə əsas məsələ öz məcrasından çıxıb. Allah Təala da müsəlmanlara bir cəza verib. Özünüz də görürsünüz ki, indi biz müsəlmanlar kafirlərin təzyiqi altındayıq. Heç bir yerdə başımızı qaldırıb: “Baxın, biz də varıq!”, – deyə, səsimizi eşitdirə bilmirik.

Odur ki, bizim təzədən müsəlman olmağa çox böyük ehtiyacımız var. Məzhəblər məsələsinə gəldikdə, hələ ki, bu qədər kifayətdir. Onsuz da hər dərsimizdə bu məsələlərə toxunuruq.

Bu barədə ətraflı məlumat üçün aşağıdakı yazıları oxuyun:

http://www.muselmanlar.com/fitvalar/mezhebler

http://www.muselmanlar.com/dusunce-sahesi/281.html

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.