Müsəlmanlar

Hədislər olmasa, Quranı başa düşmək olmaz?

Sual: Muhəmməd peyğəmbər hədislər mühüm olduğu halda, onların yazılmağına niyə mane oldu? Bunu bilərək belə etdi? Hədislər nə üçün onun ölümündən sonra yazılıb qeyd edildi?

Cavab: Hər şeydən əvvəl deyim ki, mən hədis sahəsində ixtisaslaşmış bir mütəxəssis deyiləm. Bununla yanaşı, sualınıza cavab olaraq bildiyim bəzi şeyləri deyə bilərəm. Peyğəmbərimizin (s. a. v.) hədislərin yazılmağını qadağan etdiyinə dair rəvayətlər var. Eyni zamanda bəzi əshabələrin hədisləri bir yerə qeyd etdiklərini bildirən rəvayətlər var. Hədislərin sonradan müəyyənləşdirilib qeyd edilməsi əlbəttə ki, çox böyük bir xidmət və fəaliyyətdir. Bu, gözəl nəticələr doğurmuşdur.

Hədislər təbii ki, olmalıdır. Bunlar peyğəmbərimizin Qurandan əxz etdiyi doğru hökmlərdir. Bu hökmlər bizim üçün sanki bir geyim elementi, ev, minik vasitəsi və sairə kimi şeylərdir. Məlumdur ki, peyğəmbərimiz bizim üçün nümunədir. Odur ki, hədislər olmadan Quranı başa düşmək olduqca çətindir. Buna qeyri-mümkün deməyək, amma asan da deyil.

Biz apardığımız tədqiqatlarda, yəni, hər hansı bir məsələyə dair araşdırmamızda həmin məsələ ilə əlaqədar bütün ayə və hədisləri bir araya cəm edirik. Hədislər bizim üçün yol göstərici olur. Həmişə müşahidə edirik ki, Quran və hədislərin arasında bütövlük, necə deyərlər, bir vəhdət var.

Yeri gəlmişkən, qeyd edim ki, bəzi hədis kitablarında səhih olmayan hədislər ola bilər; ki, bunların sayı az deyil. Amma əsas məsələ Quranın göstərdiyi hikmətin peyğəmbərin dilindən çıxan hədislər olmasıdır. Bütün bunları Quran ayələri ilə birlikdə mütaliə etdikdə heç bir problem qalmır.

Suala cavab verdi: Abdulaziz Bayındır (İstanbul Universitetinin müəllimi, professor)

QEYD: Hədislərlə əlaqədar digər sual və cavablarla buradan tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/hedis

Quran və Sünnə arasındakı müvafiqlik haqqında bir müsahibəni isə buradan oxuyun:

http://www.muselmanlar.com/musahibeler/3028.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.