Müsəlmanlar
Hilyeyi-şərif nədir? Onu üstümüzdə gəzdirmək savabdır?

Hilyeyi-şərif nədir? Onu üstümüzdə gəzdirmək savabdır?

Sual: Hilyeyi-şərif nə deməkdir? Onu şəkil kimi üstümüzdə gəzdirsək, savab qazanarıq? Deyilənə görə belə etsək, qazanc və xeyrimiz çox olar. Bunlar nə dərəcədə düzdür?

Cavab: Hilyə sözü Ərəb dilində bər-bəzək, yaradılış, xüsusiyyətşəkil kimi mənaları bildirir. Peyğəmbərimizin (s. a. v.) xüsusiyyətlərindən bəhs edən nəzm və nəsr halındakı yazılara, eləcə də kitab və şəkillərə hilyeyi-şərif  və ya hilyeyi-səadət deyilir.

Bütün bunlar bir incəsənət nümunələridir. Ancaq onları boyuna asıb gəzdirmək və evlərə asmağın heç bir dini dəyəri yoxdur. Yəni, evdən asanlara və üstündə gəzdirənlərə heç bir uğur gətirmir və savab qazandırmır. Başqa sözlə desək, bunları evdən asmayan və üstündə gəzdirməyənlər də heç bir şey itirmirlər.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.