Müsəlmanlar
Qonşudan icazə almamış internetə qoşulmaq olar?

Qonşudan icazə almamış internetə qoşulmaq olar?

Sual: Mən hal-hazırda tanımadığım bir nəfərin, yaxud da hansısa qonşu, şirkət, qurum və ya firmanın simsiz internetindən istifadə edirəm. Kompyuteri açıram, axtarış verirəm. Əhatə dairəsində olan şəbəkələrə girirəm. Eləsi var parol tələb edir. Eləsi də var ki, şifrəsi yoxdur. Şifrəsiz olanlara qoşulub internetə girirəm. Sahibini də tanımıram ki, bu barədə ona nəsə deyim və ya icazə alım. Mənim belə etməyim düzgündür? Bu günahdır?

Cavab: Kiminsə internetindən icazə almamış istifadə etmək düz deyil. Buna dində icazə yoxdur. Bu sualla əlaqədar geniş cavabı buradan oxuyun:
http://www.muselmanlar.com/fitvalar/1344.html