Müsəlmanlar
Arvadı ölən kişi nə vaxt evlənə bilər?

Arvadı ölən kişi nə vaxt evlənə bilər?

Sual: Mənim anam 53 yaşında rəhmətə getdi. Atamın 55 yaşı var. Atamı inşallah evləndirəcəyik. Ancaq nə qədər gözləyəcəyimizi bilmirik. Atam anamın ölümündən sonra ən tez nə vaxt evlənə bilər? İslamda bununla bağlı bir hökm var?

Cavab: Atanızın təzədən evlənmək üçün gözləməli olduğu bir müddət yoxdur. Dində bununla əlaqədar bir məhdudiyyət yoxdur. Təzədən evlənməmişdən qabaq rəhmətə gedən xanıma hörmət əlaməti olaraq bir müddət gözləmək adət-ənənələrimizdən irəli gələn bir şeydir.

Odur ki, sizin atanız münasib bir namizəd tapıb evlənə bilər.

Həyat yoldaşının ölümündən sonra müəyyən bir müddət (4 ay 10 gün) gözləməli olanlar kişilər deyil, qadınlardır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.