Müsəlmanlar

Bir qadının aybaşısı nə vaxt başa çatmış hesab olunur?

Sual: Qadınlar aybaşı halından sonra qüsl etməlidirlər? Əgər belədirsə, qüslü nə vaxt etmək lazımdır? Paltara toxunan ləkələr kəsildiyi vaxt, yoxsa cinsiyyət üzvündən ağ rəngli mayenin gəlməyə başladığı vaxt? Ümumiyyətlə, bilmək istəyirəm: Bir qadının heyz halı dini nöqteyi-nəzərdən (ibadətləri yerinə yetirmək-yetirməmək baxımından) nə vaxt qurtarmış hesab edilir?

Cavab: Qadının cinsiyyət üzvündən çıxan qan kəsilmədən aybaşı halı qurtarmır. Bu qan qara, qırmızı, göyümtül və ya sarı rəngdə də ola bilər, bulanıq və torpaq rəngində də. Aybaşı periodunu tamamlayan qadından gələn maye isə ağappaq rəngdə olur. Bundan sonra gələn axıntılara fikir verməmək lazımdır.

Qadın əshabələrdən biri olan Ümmü Atiyyədən (r. a.) belə bir rəvayət nəql olunub:

“Biz aybaşı qurtardıqdan sonra sarılıq və bulanıqlığı (aybaşıdan) bir şey saymırdıq”. ((Buxari, Heyz, 26; Əbu Davud, Təharət, 117; Nəsai, Heyz, 7.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.