Müsəlmanlar
Nə üçün demokratiya barədə qeyri-ciddi cavablar verirsiniz?

Nə üçün demokratiya barədə qeyri-ciddi cavablar verirsiniz?

Cavab: İrad və tənqidiniz üçün təşəkkür edirik. Yaxşı olar ki, bizim konkret olaraq harada və nə üçün səhvə yol verdiyimizi əsaslandırılmış qaydada izah edəsiniz. Əgər belə etsəniz, biz dərhal öz səhvimizi düzəldərik.

Bizi qeyri-ciddi olmaqla ittiham etmisiniz. Halbuki, biz Allahın bizə, eləcə də bütün insanlara bəxş etdiyi bilik və məlumatlara əsasən nəsə deməyə çalışırıq. Bunlar düz də ola bilər, səhv də. Çünki hər şeydən əvvəl biz adi insanlarıq, səhvə yol verə bilərik. Bununla belə, niyyətimizi və ciddi olub olmadığımızı sorğu-sual etməyiniz münasib deyil. Çünki bu sizin yox, ancaq Allahın bildiyi bir haldır. Ona görə də yaxşı olar ki, emosional olmayasınız və tənqidlərinizi elmi cəhətdən əsaslandırasınız. Biz sizdən bunu gözləyirik.

Zəhmət olmasa, bu məsələ ilə əlaqədar olaraq verdiyimiz cavablara bir daha nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/2749.html

http://www.muselmanlar.com/fitvalar/2756.html

http://www.muselmanlar.com/fitvalar/2750.html

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.