Müsəlmanlar
Hamilə qadın pirə getsə, uşağında xal çıxır?

Hamilə qadın pirə getsə, uşağında xal çıxır?

Sual: Deyilənə görə hamilə bir qadın pirə getsə, doğulan körpənin hansısa bir yerində xal çıxır. Bu nə dərəcədə düzdür?

Cavab: Hamilə qadınlar türbə, pir və qəbristanlığa gedə bilərlər. Bunda dini cəhətdən bir eyib yoxdur. Sizə deyilən şey xurafatdır, düz deyil. Belə şeylərə əhəmiyyət verməyin.

Əsas məsələ türbədə (pir, ocaq və sairə də daxildir) yatan ölüyə göstərilən münasibətdir. Belə yerlərə getdikdə oradakı ölünün bağışlanmağı üçün Allaha dua etməkdən başqa bir iş görülməməlidir.

Yaxşı olar ki, saytımızdakı qəbir ziyarəti ilə əlaqədar yazıları da oxuyasınız:

http://www.muselmanlar.com/fitvalar/qebir-ustune-getmek

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.