Müsəlmanlar
Qüsl vaxtı hörükləri açmaq lazımdır?

Qüsl vaxtı hörükləri açmaq lazımdır?

Sual: Saçında hörüyü olan qadın qüsl etdiyi vaxt həmin hörükləri açmalıdır?

Cavab: Əgər su tüklərin dibinə çatırsa, hörükləri açmaq lazım deyil. Bununla əlaqədar hədislər var:

Ümmü Sələmə (r. a.) nəql edib: Mən Muhəmməd peyğəmbərdən (s. a. v.) soruşdum:

– Ey Allahın elçisi, mən saçımı yığıb möhkəm-möhkəm hörürəm. Qüsl edəndə onları söküb açım?

Peyğəmbər bu suala belə cavab verdi:

– Yox, başından 3 dəfə su tökməyin bəsdir. Sonra bütün bədənini yu. Beləcə, təmizlənərsən. ((Müslim, Heyz, 58 (330); Tirmizi, Təharət, 77; Əbu Davud, Təharət, 99.))

Aişə anamız əshabədən bir nəfərin (Abdulla ibn Əmr) qadınlara yuyunduqları vaxt saçlarındakı hörükləri açmağı buyurduğuna şahid olub. Bunun üstündən deyib ki, bu İbn Əmrin gördüyü işə təəccüb edirəm. Yaxşı ki, başlarını qırxdırmağı da əmr eləmir! Vallah, mən və peyğəmbər eyni qabdan su götürüb yuyunurduq. Mən başıma 3 dəfə su tökürdüm, bu kifayət edirdi.  Peyğəmbər qarışıb demirdi ki, hörüklərini aç. ((Müslim, Heyz, 59 (331).))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.