Müsəlmanlar

Axta heyvandan qurban olar?

Sual: Deyilənə görə xaricdən gətirilən qurbanlıq heyvanlar axtalanıb. Bəs burulub axtalanmış heyvanı qurban kəsmək olar? Bu dini cəhətdən nə dərəcədə düzgündür?

Cavab: Axta heyvanları, bir sözlə, xayaları burulan və qısır hala salınan heyvanları qurban kəsmək olar. Bunun pis bir tərəfi yoxdur. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də bu cür heyvanları qurban kəsib. Bununla əlaqədar hədislər aşağıdakı kimidir:

Cabir ibn Abdullah dedi:

“Həzrəti peyğəmbər qurban bayramı günü axtalanmış, qaşqası olan və buynuzlu 2 qoç kəsdi. Onları kəsmək üçün hazır vəziyyətə gətirib üzünü qibləyə döndərdiyi vaxt dua etdi. Sonra da heyvanları kəsdi”. ((Əbu Davud, Ədahi (Qurbanlar), 4)

Aişə (r. a.) dən belə nəql olunur:

“Rəsulullah (s. a. v.) qurban bayramında qurban kəsmək istədiyi vaxt yekə, kök, qoşabuynuz, qaşqalı və xayaları burulub axtalanmış 2 qoç alırdı. Onların birini Allahın birliyinə və onun özünün peyğəmbərliyinə şahidlik edən ümmətinin adından, digərini isə özü və ailə üzvlərinin adından kəsirdi”. ((İbn Macə, Ədahi, 1.))

Qurbanla əlaqəli digər sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

Dini cəhətdən hər kəs qurbanını özü kəsə bilər?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.