Müsəlmanlar
Merac qəndilində nişan mərasimində iştirak etmək olar?

Merac qəndilində nişan mərasimində iştirak etmək olar?

Sual: Mənim əmim qızının nişanı merac qəndilinə təsadüf edir. Əgər gedib iştirak etsəm, günah olar? Bir məsələ var ki, getməsəm, xətrinə dəyəcək və aramızda umu-küsü yaranacaq.

Cavab: Merac qəndilində nişan qoymaq və toy etmək olar. Bunun hər hansı bir eybi yoxdur. Əsas məsələ o mərasimdə baş verən şeylərdir. Açıq-saçıq paltarlar geyinib, dini cəhətdən sizə yad olan kişilərin yanında durmaq və onlarla oynamaq (rəqs) düzgün deyil. Belə şeylərin merac qəndilində olub olmamağı da mühüm deyil. Çünki bu həmişə qüvvədədir.

İslam dininin toy və toy etmək məsələlərinə münasibəti barədə aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/toy

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.