Müsəlmanlar
Müsəlman olmayanların salamını almaq olar?

Müsəlman olmayanların salamını almaq olar?

Cavab: Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə deyib:

“Kitab əhli (əhli-kitab) olanlar sizə salam verdikləri vaxt onlara belə deyin: “Və əleyküm”. ((Buxari, İstizan, 22, Mürtəddin, 4; Müslim, Salam, 6-9. Hədisi Ənəs (r. a.) rəvayət edib.))

Müslimin hədis külliyatındakı hədislərin birində belə bir rəvayət var:

Əshabələr bir gün peyğəmbərdən soruşurlar ki, kitab əhli olanlar bizə salam verirlər, bəs biz onların salamını nə cür alaq?

Peyğəmbər bu suala cavab olaraq belə deyir:

“Və əleyküm”, – deyə cavab verin.

Bu məsələ ilə əlaqədar olan çoxlu hədis rəvayəti mövcuddur. Həmin hədislərin əksəriyyətinin mənası eynidir. İslam alimləri bu məsələdə həmfikirdirlər. Belə ki, əhli-kitab olan yəhudi və xristianlar müsəlmanlara salam verdikləri vaxt onların salamını almaq lazımdır. Onların salamına: “Və əleyküm”“əleyküm” formasında cavab verilməlidir. Alimlərin fikri belədir. Ən çox yayılan rəvayətdə salama cavab “və əleyküm” formasındadır. ((Mənbə: M. Yaşar Kandemir, İ. Lütfi Çakan, Raşit Küçük, Riyazu’s-Salihin Tercümesi ve Şerhi, 2-ci cild, hədis nömrəsi 869.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.