Müsəlmanlar
Vegetarianlığa münasibət

Vegetarianlığa münasibət

Sual: Özlərinin vegetarian olduqlarını irəli sürən bəzi insanlar heç vaxt ət yemədiklərini deyirlər. Buna səbəb kimi heyvanlara yazıqları gəldiyini və onlara sevgi bəslədiklərini göstərirlər. Həmin vegetarianların bəziləri ət yeyən insanlar haqqında danışarkən sanki onlar cinayət törədirmiş kimi danışırlar. Belə olan halda, yəni, vegetarianların ət yeməyi qatillik və cinayətkarlıq adlandırmaqları Allahın qoyduğu nizam-intizama zidd deyil? Bu cür danışmaq insanı küfr günahına salıb kafir edər, yoxsa yox?

Cavab: Allah Təala Quranda bildirir ki, günəş, ay, gecə, gündüz və hətta göylərdə və yerdə nə varsa, hamısını insanın sərəncamına verib. ((Baxın: İbrahim, 14/32; Nəhl, 16/32; Loğman, 31/29; Ənkəbut, 29/61; Fatir, 35/13; Zumər, 39/5; Casiyə, 45/13.))

Heyvanlar da buna daxildir. Lakin insan ona halal olan hər şeyi yeməyə bilər, eləcə də, içməyə bilər. Yəni, hər şeyi ürəyi istəməyə bilər. Necə ki, peyğəmbərimiz Muhəmməd (s. a. v.) də halal olduğu halda, bəzi qida məhsullarını xoşlamadığı üçün yeməyib. Bu barədə səhih (mötəbər) rəvayətlərdə məlumat var.

Vegetarianlara da bu çərçivədə yanaşmaq olar. Lakin: “Bu ki, vəhşilikdir! Bu, cinayətdir, belə bir vəhşilik ola bilməz!”, – kimi sözlərin İslamla üst-üstə düşməyi qətiyyən mümkün deyil!

Amma yenə də bu kimi sözləri deyən insanlara dərhal “kafir” damğası vurmaq, necə deyərlər, onları küfrlə ittiham etmək düz deyil. Onlara hər şeydən əvvəl həqiqətləri başa salmaq və bunları Allahın ayələri ilə izah etmək lazımdır. Belə etmədən dərhal onların əleyhlərində hökm vermək bir müsəlmana yaraşmaz.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.