Müsəlmanlar
Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdırıblar?

Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdırıblar?

Cavab: Xristianlar 431-ci ildə III Ekumenik Efes konseyində belə bir qərar qəbul etdilər:

“İsa öz şəxsiyyətini ağıllı ruhla canlandırılan bir bədənlə birləşdirib, insan olmuşdur. Məryəm ana isə həqiqi mənada tanrının anasıdır”. ((Katolik kilsəsinin din və əxlaq prinsipləri, tərcümə edən Dominik Pamir, İstanbul, 2000, başlıq 467.))

Elə isə məlum olur ki, tanrının anası da (tövbə, əstağfirullah!) tanrıdır!

Katolik xristianlar belə hesab edirlər ki, “Onun analığı qurtarmayıb. Təzələnən vasitəçiliyi ilə əbədi əmin-amanlıqlar təmin edən hədiyyələri mühafizə etməyə davam edir. Məryəm Anaya kilsədə vəkil, köməkçi, köməyə çatan, vasitəçilik edən deyirlər”. ((Xristianların inanclarına görə, Məryəm Ananın analığı hələ başa çatmayıb. Həmişə təkrar edilən vasitəçiliyi ilə onların əbədi xoşbəxtliyinə zəmanət verir. Xristianlar bu səbəbə görə kilsədə Məryəm Anavəkil, köməkçi, imdada yetişən, vasitəçilik edən adlandırırlar. Eyni mənbə, başlıq 969.))

Onlar belə deməklə Məryəm Ananı ilahlaşdıraraq tanrı yerinə qoyurlar. Allah Təala bir gün belə deyəcək:

“Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “İsa belə deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!

“Onların arasında olduğum müddət ərzində onlara şahid olan mən idim. Sən məni vəfat etdirəndən [canımı alandan] sonra onların üzərində nəzarətçi sən özün oldun. Ancaq sən hər şeyə şahidsən!”. ((Maidə, 5/116-117.))

QEYD: Katolik xristianların vasitəçilik inancı, müqəddəs ruh və tanrı anlayışı, eləcə də kilsədəki iyerarxiya və ruhanilər kimi məsələlərlə əlaqədar geniş məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/kitablar/80.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.